Türkiyədə qarın hündürlüyü 2 metri ötüb
Far.Az xəbər saytı

Türkiyədə qarın hündürlüyü 2 metri ötüb


Türkiyənin Mersin şəhərində bu qış müşahidə olunan intensiv yağıntılar nəticəsində yüksək dağlıq ərazilərdə qarın hündürlüyü 2 metrdən çox olub.

Far.Az xəbər verir ki, xüsusilə 2 min metrdən yuxarı ərazilərdə son 10 ilin ən güclü qar yağışı qeydə alınıb. Toros dağlarının Erdemli rayonu ərazisində yerləşən Karataş bölgəsində qar örtüyünün bəzi yerlərdə 2,5–3 metrə çatdığı bildirilir.

Qeyd olunur ki, hər il qış mövsümündə bağlanan Erdemli–Ayrancı yolu adətən aprelin 1-də açılırdı. Lakin bu il qarın həddindən artıq çox olması səbəbindən yol hələ də bağlı qalır.

Hazırda yolun açılması üçün texnika və canlı qüvvə cəlb olunub, ərazidə qar tunelləri əmələ gəlib. Mütəxəssislər yolun təxminən aprelin 15-dək tam istifadəyə veriləcəyini bildirirlər.

Yerli sakinlər bu il qarın əvvəlki illərlə müqayisədə xeyli çox olduğunu vurğulayaraq, yaz aylarında bunun su ehtiyatlarına müsbət təsir göstərəcəyini qeyd ediblər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər