"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır
Far.Az xəbər saytı

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır


Rəqəmsal dövlət xidmətlərinin vahid mərkəzləşdirilmiş sistemə keçidi məqsədilə görülən tədbirlər çərçivəsində Nazirlik "e-Sosial" mobil tətbiqi üzərindən göstərdiyi rəqəmsal xidmətlərini "mygov" platformasına inteqrasiya prosesini bitirmək üzrədir.

"Far.Az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, proses bu ayın sonunadək tam yekunlaşacaq və mayın 1-dən "e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq.

Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi e-xidmətləri "mygov" platformasına inteqrasiya edilən ilk dövlət qurumu olub.

Eyni zamanda, quruma aid rəqəmsal xidmətlərin təkrarlanmasının qarşısının alınması üçün və bu xidmətlərin artıq mərkəzləşdirilmiş şəkildə vahid platformadan - "mygov" platformasından təqdim edildiyi nəzərə alınmaqla "e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır.

Qeyd edək ki, dövlət idarəçiliyində rəqəmsallaşma prosesini ən geniş tətbiq edən qurumlardan biri olan Nazirlik son illərdə xidmətlərinin 90 faizdən çoxunu rəqəmsallaşdırıb.

Eləcə də bu xidmətlərin 50-dən çoxunu proaktivləşdirib, habelə informasiya sistemlərini Hökumət Buludu (G-cloud) infrastrukturuna köçürən ilk dövlət qurumu olub.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər