Bernardu Silva mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq
İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Bernardu Silva mövsümün sonunda - müqaviləsinin müddəti başa çatdıqdan sonra komandanı tərk edəcək.
"Far.Az"un "Sky Sports"a istinadən xəbərinə görə, bu barədə klubun baş məşqçisinin köməkçisi Xosep Linders bildirib.
"Kapitan bənzərsizdir və onu başqa oyunçu ilə əvəz etmək olmaz, çünki belələri yoxdur. Ümid edirəm ki, o, son ayları yaxşı keçirəcək, bu, cəmi altı həftədir və o, layiqincə vidalaşacaq. O bütün bu diqqətə layiqdir", - deyə nəşr mütəxəssisin sözlərindən sitat gətirib.
Silva "Mançester Siti"nin heyətində altı dəfə İngiltərə Premyer Liqasının çempionu olub.
Cari mövsümdə oyunçu bütün turnirlərdə klubun heyətində 43 matç keçirib, bu oyunlarda üç qol və beş məhsuldar ötürmə ilə fərqlənib.
Oxşar xəbərlər
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
"İnter Mayami" Bernardu Silvanı transfer etmək istəyir
Baku TV 2025-ci ildə beynəlxalq əməkdaşlıqlar və güclü media göstəriciləri ilə fərqlənib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə çaqqal qadına hücum etdi
-
Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"
-
Azər Bayramov: "Bu il 18 dövlət müəssisəsində rəqəmsal transformasiya işləri görülüb"
-
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal qazanıb - Yenilənib-2
-
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
-
Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb













