"SOCAR Polymer" iki ayda ixrac gəlirlərini 18 %-ə yaxın artırıb
Far.Az xəbər saytı

"SOCAR Polymer" iki ayda ixrac gəlirlərini 18 %-ə yaxın artırıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 35,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın mart sayında bildirilir.

Bu, 2025-ci ilin iki ayı ilə müqayisədə 5,4 milyon ABŞ dolları və yaxud 17,8 % çoxdur.

Ötən 2 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən 19,7 % artaraq 580,1 milyon ABŞ dolları təşkil edib.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər