Azərbaycanın TOP-10 özəl şirkətinin qeyri-neft ixracı 3 dəfəyə yaxın artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft məhsullarının ən böyük ixracatçısı "Azerbaijan International Mining Company Limited" MMC olub.
"Far.Az" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, şirkətin qeyd olunan dövrdə məhsul ixracı 59 milyon ABŞ dolları (il ərzində 4,06 dəfə və ya 44,5 milyon ABŞ dolları çox) təşkil edib.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən 10 özəl şirkət 171,7 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirib ki, bu da 2025-ci ilin göstəricisi ilə müqayisədə 2,92 dəfə və ya 112,9 milyon ABŞ dolları çoxdur.
Qeyri-neft məhsulları ixrac edən ən böyük 10 Azərbaycan şirkəti:
| Şirkət | 2026-cı ilin yanvar-fevral aylarında ixrac həcmi (milyon ABŞ dolları ilə) | 2025-cı ilin yanvar-fevral aylarında ixrac həcmi (milyon ABŞ dolları ilə) | Faiz fərqi |
| "Azerbaijan International Mining Company Limited" şirkəti | 59 | 14,5 | 306,9 % |
| "AGRARCO" MMC | 26,8 | 4,9 | 446,94 % |
| "Prime Cotton" MMC | 25,4 | 13,8 | 84,06 % |
| "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC | 13,5 | 3,1 | 335,48 % |
| "Baku Steel Company" QSC | 12,2 | 6,7 | 82,09 % |
| "PRİME LM" MMC | 7,9 | 0 | - |
| "P-Aqro" MMC | 7,7 | 4,6 | 67,39 % |
| "Khan-El" MMC | 7,2 | 4,8 | 50 % |
| "MORS TRADİNG" MMC | 6,2 | 3,5 | 77,14 % |
| "STP Alüminium" MMC | 5,8 | 2,9 | 100 % |
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz ixracı dəyər ifadəsində ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 % artaraq 580,7 milyon ABŞ dollarına çatıb.
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Bakıda aeroportdan şəhərin mərkəzinə neçəyə getmək olur? - QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb













