Azərbaycanda 4 ulduzlu hotellərdə orta qiymət 12 %-dən çox artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 4 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 118,3 manat təşkil edib.
“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,4 % çoxdur.
Hesabat dövründə ən yüksək qiymət 239,8 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 9,7 % azdır.
İkinci yerdə 212,9 manat olmaqla Naftalanın hotelləri qərarlaşıb. Bu, illik müqayisədə 2,3 % azdır.
4 ulduzlu hotellər arasında üçüncü yeri isə 147 manat olmaqla Qax tutub. Ötən ilin eyni dövrünə nisbətən qiymət 5,7 % artıb.
Qubada 4 ulduzlu hotellərdə bir gecə qalmaq 140,6 manata (+32,8 %), Qusarda 120,1 manata (+4,3 %), Oğuzda 120 manat (qiymət dəyişməyib), Bakıda 116 manata (+ 10,7 %), Şəkidə 115,3 manata (+ 10,4 % ), Abşeronda 114,2 manat (+6,7 %), İsmayıllıda 113,6 manata (+9,2 %), Gəncədə 111,1 manata (+1 %), Astarada 104,5 manata (-7,5 % ), Zaqatalada 95 manata (qiymət dəyişməyib), Naxçıvanda 93,8 manata ( -20,5 %), Göyçayda 90 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Lənkəranda 63,7 manata, (- 7,6 %) Şamaxıda 60 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Sabirabadda 55 manata (qiymət dəyişməyib) başa gəlib.
Oxşar xəbərlər
Azərbaycandakı 5 ulduzlu hotellərdə orta qiymət 39 % artıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Toyota Prius: Hibrid Avtomobillərin atası
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Leyla Əliyeva Romada "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib













