Hüseyn Həsənov evini bir peçenyeyə satıb?
Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun işi üzrə məhkəmədə maraqlı detallar açıqlanıb.
BAKU.WS "RIA Novosti"yə istinadən xəbər verir ki, iş üzrə şahid qismində çıxış edən şəxs bildirib ki, bloger ona "Moskva-Siti"də yerləşən mənzili formal şəkildə "peçenye" qarşılığında satıb.
Şahidin sözlərinə görə, Həsənov ona daşınmaz əmlakı öz adına rəsmiləşdirməyi təklif edib. Kişi bir neçə dəfə bu təklifi rədd etmək istəsə də, bloger dövlət qarşısında borcunun olmadığını təsdiqləyən sənədlər təqdim edib.
Bildirilir ki, ödəniş bank seyfi vasitəsilə həyata keçirilməli idi. Lakin şahid iddia edir ki, pul əvəzinə seyfə "peçenye" qoyulub.
Müqavilədə isə mənzilin qiyməti 60 milyon rubl göstərilib. Sövdələşmədə blogerin qardaşı Ənvər Həsənov etibarlı şəxs kimi iştirak edib.
Xatırladaq ki, bu ilin fevralında prokurorluq Hüseyn Həsənov barəsində cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (pul yuma) ittihamı üzrə ittiham aktını təsdiqləyib. Bloger qiyabi olaraq həbs edilib və axtarışa verilib.
Həsənov isə ona qarşı irəli sürülən ittihamları qəbul etmir.
Oxşar xəbərlər
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













