ABŞ və İran arasında atəşkəsdə iki həlledici vasitəçi rol oynayıb
Far.Az xəbər saytı

ABŞ və İran arasında atəşkəsdə iki həlledici vasitəçi rol oynayıb


ABŞ və İran arasında iki həftəlik atəşkəs vitse-prezident Jey Di Vens və Çin tərəfinin vasitəçiliyi ilə əldə edilib.

Far.Az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyinin müxbiri Farnuş Amiri sosial şəbəkə "X"də paylaşım edib.

"Məhz son anda ABŞ və İran arasında əldə olunan razılaşma iki gözlənilməz iştirakçının - vitse-prezident Jey Di Vens və Çinin müdaxiləsindən sonra baş tutdu", - deyə paylaşımda qeyd olunub.

Müəllifin sözlərinə görə, Vens aprelin 7-si axşam saatlarında danışıqlara qoşulub, Çin isə İranı razılaşmaya razı salmaqda həlledici rol oynayıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəsə razılaşdığını bəyan edib. Onun sözlərinə görə, Vaşinqton və Tehran uzunmüddətli sülh sazişinin imzalanmasına yaxındır.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər