Apple iPhone çipi ilə işləyən daha bir noutbuk buraxacaq
Far.Az xəbər saytı

Apple iPhone çipi ilə işləyən daha bir noutbuk buraxacaq


"Apple" şirkəti iPhone üçün nəzərdə tutulan prosessor əsasında yeni noutbuk təqdim etməyə hazırlaşır.

BAKU.WS xəbər verir ki, mart ayında "Apple" öz məhsul xəttində ilk dəfə iPhone çipi ilə işləyən noutbuk təqdim edib.

599 dollar qiymətində satışa çıxarılan "MacBook Neo" modelində A18 Pro çipi və 8 GB operativ yaddaş mövcuddur.

Qeyd edək ki, şirkət artıq bu modelin davamını hazırlayır. Yeni noutbuk A19 Pro prosessoru ilə təchiz olunacaq ki, bu da iPhone 17 Pro smartfonunda istifadə ediləcək.

Bundan əlavə, yeni versiyada operativ yaddaş 12 GB olacaq. Mövcud "MacBook Neo" modelində isə bu göstərici A18 Pro çipinin məhdudiyyətlərinə görə 8 GB ilə məhdudlaşır. Yeni cihazın həmçinin 5 nüvəli qrafik prosessorla təqdim olunacağı bildirilir.

Məlumata görə, "MacBook Neo" bazarda kifayət qədər uğur qazanıb, buna görə də "Apple" onun davamını hazırlayır. Mənbələr bildirir ki, yeni model 2027-ci ilin əvvəlində təqdim oluna bilər. Şirkətin ən ucuz noutbukları əsasən Çin və Vyetnamda yığılır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Apple yeni iPhone 17-ni təqdim etdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər