İran-ABŞ danışıqlarının növbəti mərhələsi İslamabad və ya Cenevrədə keçirilə bilər
Far.Az xəbər saytı

İran-ABŞ danışıqlarının növbəti mərhələsi İslamabad və ya Cenevrədə keçirilə bilər


ABŞ və İran arasında danışıqların növbəti mərhələsi Cenevrədə və ya İslamabadda keçirilə bilər.

Far.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd edilib ki, ABŞ rəsmiləri Pakistan paytaxtının yenidən ev sahibi yeri kimi müzakirə olunduğunu və İsveçrənin Cenevrə şəhərinin də mümkün olduğunu bildiriblər.

Mənbələr danışıqların cümə axşamı günü baş tuta biləcəyini, lakin yer və vaxtın hələlik müəyyən edilmədiyini qeyd ediblər.

Xatırladaq ki, İran və ABŞ aprelin 11-də Pakistanın paytaxtı İslamabadda bir neçə danışıqlar raundu keçirib.

İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Bağır Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident C.D. Vens rəhbərlik edib.

Həm Tehran, həm də Vaşinqton danışıqlardan sonra bildiriblər ki, bir sıra fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı heç bir razılığa gəlinməyib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər