Hakan Fidan: Hazırda baş verən proseslər bölgənin gələcəyini riskə atır
Hazırda baş verən proseslər bölgənin gələcəyini riskə atır.
"Far.Az" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun açılış mərasimində deyib.
Onun sözlərinə görə, bu gün diplomatiyanın ürəyi Antalyada döyünür:
"Bu gün dünyada cərəyan edən proseslər Antalyada müzakirə olunur. Hər gün dünyada böhranlar görürük və bu da qlobal proseslərə təsir göstərir".
Nazir əlavə edib ki, regiondakı son proseslər bunun bariz nümunəsidir:
"Əldə ediləb atəşkəs və sülh davamlı olmalıdır".
H.Fidan həmçinin bəyan edib ki, diplomatiyanı yenidən işlək hala gətirmək lazımdır:
"Bunun sayəsində ortaq gələcəyi inkişaf etdirmək mümkündür. Rəcəb Tayyib Ərdoğan bu xüsusda beynəlxalq qərarsızlıqla bağlı dəfələrlər narahatlığını bildirib. Hazırda isə görürük ki, bəzi ölkələr isə bu kimi problemlər yalnız qapılarına çatanda həmin narahatlığı ifadə edirlər".
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət sülh istiqamətində vacib çağırışlarla qarşı-qarşıyadır.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB-2
Antalyada 8-ci Etnospor Forumu baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
"Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb
-
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər
-
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək?













