Bundesver artilleriya batalyonlarını kamikadze dronları ilə təchiz etmək niyyətindədir
Far.Az xəbər saytı

Bundesver artilleriya batalyonlarını kamikadze dronları ilə təchiz etmək niyyətindədir


Almaniya Silahlı Qüvvələri (Bundesver) Quru Qoşunlarının artilleriya batalyonlarına baraj sursatı komplekslərini inteqrasiya etmək niyyətindədir.

"Report"un xəbərinə görə, bu barədə yerli hərbi təhlil portalı "Hartpunkt" general-leytenant Heyko Hübnerə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, plan əlavə artilleriya komplekslərinin alınmasını, eləcə də briqada və diviziya səviyyəsində hər bir quru qoşunlarının artilleriya batalyonunda müvafiq mənzilə malik baraj sursat batareyasının (LMS) daxil olunmasını əhatə edir. İlk addım 45-ci tank briqadasında LMS batareyasının, ardınca isə 21-ci tank briqadasında oxşar batareyanın yaradılması olacaq. Portal qeyd edib ki, bu bölmələr üçün baraj sursat komplekslərinin təchizatı üçün müqavilələr artıq "Helsing", "Rheinmetall" və STARK ilə imzalanıb.

Paralel olaraq, korpus səviyyəli artilleriya bölmələrinin genişləndirilmiş mənzilə malik baraj sursatları ilə təchiz edilməsi layihəsi planlaşdırılır. Bu sistemlər 200-300 km məsafədəki hədəfləri vurmaq üçün nəzərdə tutulub. Döyüş batalyonlarının da öz növbəsində qısa mənzilli LMS sistemləri ilə dərin inteqrasiya olunması gözlənilir. Hübnerin sözlərinə görə, bu imkan 2027-ci ilin sonuna qədər əldə edilməlidir. Portalın məlumatına görə, bu sistemlərin satın alınması üçün tender 2026-cı ildə planlaşdırılır.

2028-ci ildən etibarən RCH 155 təkərli haubitsalarının və EuroPULS (MARS III) reaktiv yaylım atəş sistemlərinin genişmiqyaslı tədarükü gözlənilir. İlk nümunə kimi "EuroPULS" sisteminin bu il qoşunlara təhvil verilməsi gözlənilir. Bununla belə, Hübner qeyd edib ki, yeni sistemləri aldıqdan sonra tələb olunan döyüş hazırlığı səviyyəsinə çatmaq üçün bir müddət şəxsi heyətin təlimi tələb olunacaq.

"Həmin ana qədər mövcud PzH 2000 və MARS II sistemlərinin döyüş qabiliyyətini qorumaq lazımdır", - o əlavə edib.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər