Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri başlayır
Far.Az xəbər saytı

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri başlayır


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri çərşənbə axşamı Nyu-Yorkda başlayır.

"Report" xəbər verir ki, bir həftə ərzində 130-a yaxın dünya lideri Yaxın Şərqdə davam edən gərginliklər və Rusiya-Ukrayna münaqişəsi, süni intellekt və BMT-nin gələcəyi ətrafındakı müzakirələr fonunda əsas beynəlxalq məsələlər üzrə öz ölkələrinin mövqelərini ifadə etmək üçün ümumdünya təşkilatının mənzil-qərargahında toplaşacaq.

Ümumi müzakirələr sentyabrın 22-dən 26-dək davam edəcək və sentyabrın 28-də başa çatacaq. Bu müzakirələrdə BMT-yə üzv olan 193 dövlətin, həmçinin müşahidəçi dövlətlərin və Avropa İttifaqının nümayəndələri növbə ilə iştirak edəcəklər.

81-ci sessiyanın mövzusu "Etimadın bərpası, dəyişikliklərin idarə edilməsi: hər kəsin rifahı üçün çalışan BMT" müəyyən edilib.

Sessiyaya Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman sədrlik edir.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər