Fidan və Lavrov 2026-2027-ci illər üçün fəaliyyət planını imzalayıblar
Far.Az xəbər saytı

Fidan və Lavrov 2026-2027-ci illər üçün fəaliyyət planını imzalayıblar


Türkiyə və RF xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov Antalya diplomatik forumu çərçivəsində keçirilən görüşün yekunları əsasında idarələrarası "2026–2027-ci illər üçün Məşvərət Fəaliyyət Planı"nı imzalayıblar.

"Far.Az" xəbər verir ki, bu barədə Türkiyə mediası XİN-ə istinadən xəbər verir.

Bildirilir ki, danışıqlar qapalı formatda keçirilib.

"Görüşün yekunları əsasında Türkiyənin xarici işlər naziri Hakan Fidan və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov "Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi ilə RF Xarici İşlər Nazirliyi arasında 2026–2027-ci illər üçün Məşvərət Fəaliyyət Planı"nı imzalayıblar", - nazirlikdə qeyd edilib.

Əvvəllər RF XİN Lavrov və Fidanın geniş spektrli aktual ikitərəfli və beynəlxalq mövzuları, o cümlədən İran, Suriya ətrafındakı vəziyyəti, həmçinin "Akkuyu" AES-in tikintisi layihəsinin həyata keçirilməsini və "Mavi axın" və "Türk axını" qaz kəmərlərinin istismarını müzakirə edəcəklərini bəyan etmişdi.

Oxşar xəbərlər

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər