Əraqçi: ABŞ-nin ziddiyyətli mövqeyi diplomatiya ilə uzlaşmır - YENİLƏNİB
Far.Az xəbər saytı

Əraqçi: ABŞ-nin ziddiyyətli mövqeyi diplomatiya ilə uzlaşmır - YENİLƏNİB


ABŞ-nin davranışı və ziddiyyətli mövqeyi bəyan edilmiş diplomatiya ilə uzlaşmır.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı deyib.

"ABŞ-nin qanunları pozan davranışı və rəhbərlərinin ziddiyyətli mövqeləri bəyan edilmiş diplomatiya ilə uzlaşmır və İran qarşı tərəfin addımlarını izləyərək, öz maraqlarının və milli təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görəcək", - Əraqçi bildirib.

Bu telefon danışığı zamanı Əraqçi rusiyalı həmkarını regiondakı hadisələr və ABŞ tərəfindən atəşkəs rejiminin davamlı pozulması barədə məlumatlandırıb. Söhbət əsnasında regionda sülh və sabitliyin bərpasına kömək etmək istiqamətində İran ilə Rusiya arasında ikitərəfli əməkdaşlıq müzakirə edilib.

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə A. Əraqçi özünün "Telegram" kanalında yazıb.

Söhbət zamanı son regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib, amma dialoq nəticəsiz qalıb.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər