"Kəpəz"in qapıçısı: "Neftçi"yə qalib gəldiyimiz üçün xoşbəxtik"
Azərbaycan çempionatının IX turunda "Neftçi"yə qalib gəldiyimiz üçün xoşbəxtik.
"Report" xəbər verir ki, bunu "Kəpəz"in qapıçısı Rojerio Santos klubun mətbuat xidmətinə müsahibəsində deyib.
Qolkiper Azərbaycan Premyer Liqasının IX turunda "Neftçi" ilə oyunda qazandıqları qələbə (4:3) ilə bağlı təəssüratlarını bölüşüb:
"Çempionata istədiyimiz kimi başlamadıq. Ardıcıl oyunlarda uduzduq. Vəziyyətdən çıxmaq üçün “Neftçi” ilə oyun son şansımız idi. Qələbə qazanmaq istəyirdik, buna da nail olduq. Komanda yoldaşlarım meydanda can qoydular. Bacardığımızdan bəlkə də artığını etdik. Uşaqların oyundan öncə də əhval-ruhiyyəsi yaxşı idi. Bu da qələbədə rol oynadı".
25 yaşlı portuqaliyalı qapıçı seyvləri ilə bağlı danışıb:
"Həmin iki zərbə oyunun taleyini dəyişə bilərdi. Şükürlər olsun ki, yaxşı reaksiya verib zərbələri dəf etdim. Açığı, qapıda durmaq, zərbələri dəf etmək mənim işimdir. Öz işimi görmüşəm. Fövqəladə bir şey etməmişəm. Hamı öz işini layiqincə yerinə yetirməlidir ki, nəticə olsun. Hamımız bir ailə kimiyik. Klub rəhbərliyi, məşqçilər, futbolçular və azarkeşlər birləşmişik".
O, çempionatda yaranan fasilənin komandanın xeyrinə ola biləcəyini söyləyib:
"Əlbəttə, yaxşı mənada təsir edəcək. Çünki yaxşı hazırlaşmaq üçün çox vaxtımız olacaq. Mövsümə uğursuz start vermişik. Amma artıq toparlanmışıq. Düşünürəm ki, bizim üçün vəziyyət dəyişib. Uğurlu nəticənin davamı gəlməlidir".
Gəncə təmsilçisinin "1 nömrə"si qarşıdan gələn “Qarabağ”la oyun haqda da fikirlərini bölüşüb:
"Bizi güclü rəqib ilə çətin oyun gözləyir. Onların gücünü hamı bilir. Amma futbol proqnozu sevmir. Hər şey ola bilər. Çox çalışmalıyıq. Məşqlərdə səylə işləməliyik ki, oyuna tam hazır ola bilək".
Qeyd edək ki, "Kəpəz" 9 turdan sonra 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Elçin Əmirbəyov: TDT qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
"Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO













