Azərbaycan İspaniya ilə birgə layihələrin reallaşdırılmasını müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan İspaniya ilə birgə layihələrin reallaşdırılmasını müzakirə edib


Azərbaycan ilə İspaniya arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, investisiya əməkdaşlığının təşviqi, ixracın maliyyələşdirilməsi imkanları, birgə layihələrin reallaşdırılması müzakirə olunub.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Bununla bağlı müzakirələr İspaniyaya işgüzar səfər çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin bir sıra şirkət və maliyyə institutlarının rəhbərləri ilə görüşlərində aparılıb.

Məlumata əsasən, İspaniyanın İxrac Kredit Agentliyinin (CESCE) icraçı direktoru Pablo de Ramon-Lasa Klausen ilə görüşdə ixrac kreditləri, sığorta mexanizmləri, Azərbaycan biznes subyektlərinin İspaniya avadanlıqlarının idxalı üçün maliyyə resurslarına çıxış imkanları və Azərbaycan Biznesinin İnkişafı Fondu ilə əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər sahibkarların beynəlxalq maliyyə alətlərindən istifadə imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

"Grupo Azvi" şirkətinin prezidenti və baş icraçı direktoru Manuel Kontreras Karo ilə görüşdə Azərbaycanın tranzit-logistika potensialı, ölkədə həyata keçirilən iri infrastruktur layihələri və bu istiqamətdə xarici tərəfdaşlarla əməkdaşlığın perspektivləri barədə məlumat verilib. Nəqliyyat, infrastruktur və mühəndislik sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

"Fomento al Desarrollo del Comercio Internacional SL" şirkətinin baş direktoru Juan Sebastian Garrigues Diaz-Llanos ilə görüşdə isə ticarət əlaqələrinin inkişafı, investisiyaların təşviqi, özəl sektorlar arasında tərəfdaşlığın genişləndirilməsi və yeni biznes təşəbbüslərinin dəstəklənməsi müzakirə olunub.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər