Azərbaycanlı rejissor "Kür - çaylar anası" filminə görə Astanada mükafat alıb
Far.Az xəbər saytı

Azərbaycanlı rejissor "Kür - çaylar anası" filminə görə Astanada mükafat alıb


Azərbaycanlı rejissor Seyran Mahmudoğlu "Astana Eco Film Festival" beynəlxalq kino festivalında mükafat alıb.

Bu barədə "Far.Az"a Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, rejissor "Kür - çaylar anası" filmində ekoloji kinonun inkişafına verdiyi töhfəyə görə "Astana Eco Film Festival" beynəlxalq kino festivalında mükafata layiq görülüb.

Məlumat üçün bildirək ki, Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyilə çəkilmiş filmdə Kür çayının tarixindən, keçdiyi regonların taleyinə təsirindən və onu qorumağın vacibliyindən söz açılır.

Bundan əlavə, rejissor Pavel Kimin Özbəkistan və Azərbaycanın birgə istehsalı olan "Yer və ay" filmi də sözöügedən festivalda mükafatçılardan olub.

Belə ki, film "Ətraf mühit mövzusunda ən yaxşı qısametrajlı film" nominasiyasında qalib olub.

Qeyd edək ki, "Astana Eco Film Festival" - ekologiya, dayanıqlı inkişaf və sosial məsuliyyət məsələlərinə həsr olunmuş beynəlxalq kino festivalıdır. Festival "RES 2026 EXPO" Beynəlxalq yaşıl texnologiyalar və davamlı həllər sərgisinin çərçivəsində keçirilib.

Oxşar xəbərlər

Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Nüfuzlu mükafata layiq görülən Cim Kerri zarafatı ilə gündəm oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər