Müşfiq Ələsgərli: Bəzi "Fakt yoxla" platformalarının özləri yanlış informasiyalar yaymağa fokuslanıb
Far.Az xəbər saytı

Müşfiq Ələsgərli: Bəzi "Fakt yoxla" platformalarının özləri yanlış informasiyalar yaymağa fokuslanıb


Dezinformasiya dünya üçün təhlükəyə çevrilir.

"Report" xəbər verir ki, bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, media və informasiya savadlılığının artırılmasına xüsusi diqqət ayrılmalıdır:

"Dünya təcrübəsi deyir ki, hansısa xəbərin doğruluğunu yoxlamaq üçün ilk onun mənbəyinə baxmaq lazımdır. Günümüzdə isə "fakt yoxla" platformalarının dezinformasiya üçün tətbiq olunan formatları meydana çıxıb. Onlar özləri yanlış informasiyalar yaymağa fokuslanıb".

M.Ələsgərli bildirib ki, dezinformasiya mövzusunda misal çəkmək lazım gələrsə, statistikaya əsasən, ABŞ siyasi çevrələri, prezidentləri və xüsusi mərkəzlər tərəfindən son dörd ildə 6 mindən çox saxta xəbərin ictimaiyyətə təqdim olunmasını deyə bilərik.

"Dezinformasiyaların artmasında sosial şəbəkələrin, platformaların da payı az deyil. Amma unutmaq olmaz ki, dezinformasiyalara qarşı qanun qəbul etmək asan deyil. Hazırda ayrı-ayrı ölkələrdə müxtəlif agentliklərdə dezinformasiyaya qarşı mübarizə üçün müəyyən səlahiyyətlər verilib. Onlar saxta xəbəri aşkarladıqları zaman onu aradan qaldırmaq hüququna malikdirlər", - deyə M.Ələsgərli vurğulayıb.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
MŞ-nin sədr müavini: Xarici qüvvələr Azərbaycana qarşı mediada dezinformasiyalar yaymağa cəhd edirlər
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər