Əraqçi qətərli həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
Far.Az xəbər saytı

Əraqçi qətərli həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib


İranın xarici işlər naziri Abbas Əraqçi qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə telefonla danışıb və regiondakı vəziyyəti müzakirə ediblər.

"Far.Az" xəbər verir ki, bu barədə A. Əraqçi özününü "Telegram" kanalında məlumat paylaşıb.

"Telefon danışığında son regional hadisələr və davam edən diplomatik proseslər müzakirə edilib", - o yazıb və əlavə edib ki, söhbət zamanı regiondakı mövcud vəziyyətin müxtəlif aspektləri, xüsusən də atəşkəs və onun möhkəmləndirilməsi yolundakı çağırışlarla bağlı hadisələr barədə informasiya verilib:

Əraqçi qətərli həmkarını müharibənin dayandırılması və gərginliyin azaldılması istiqamətində İranın son təşəbbüsləri və diplomatik səyləri barədə məlumatlandırıb.

"Söhbətin davamında tərəflər böhranların idarə olunmasında region ölkələrinin konstruktiv rolunun vacibliyini qeyd edərək, sülh təşəbbüslərinin dəstəklənməsi və regional sabitliyin gücləndirilməsi məqsədilə məsləhətləşmələrin və diplomatik koordinasiyanın davam etdirilməsinin zəruriliyini vurğulayıblar".

Qətərin xarici işlər naziri İranın diplomatik yanaşmasını alqışlayaraq, həmçinin ölkəsinin müharibənin dayandırılması məqsədilə vasitəçilikdə və dialoqların dəstəklənməsində fəal rolunu davam etdirməyə hazır olduğunu qabardıb.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Əbdülrəhman bin Casim Al Tani: İran münaqişə zonasını genişləndirmək istəyir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər