MM həlak olan minatəmizləyənlərin övladlarının təhsilhaqqının dövlət hesabına ödənilməsini qəbul edib
Far.Az xəbər saytı

MM həlak olan minatəmizləyənlərin övladlarının təhsilhaqqının dövlət hesabına ödənilməsini qəbul edib


Milli Məclis minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsilhaqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini son oxunuşda qəbul edib.

"Far.Az" xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Qeyd edilib ki, qanun layihəsi minatəmizləmə fəaliyyəti həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və onlara dövlət qayğısının artırması məqsədi ilə hazırlanıb.

Layihədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutur.

"Təhsil haqqında" Qanuna təklif olunan dəyişiklik isə minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq ölkənin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.

Bu Qanun layihəsinin keçid müddəalarına əsasən 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Həlak olan minatəmizləyənlərin övladlarının təhsilhaqlarının dövlət hesabına ödənilməsi təklifi ilk oxunuşda qəbul edilib
MM-in payız sessiyasının dekabrın 30-da keçiriləcək son plenar iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin növbəti plenar iclasında Amnistiya aktı müzakirə olunacaq - YENİLƏNİB
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Milli Məclisin növbədənkənar sessiyası üzrə son iclasının gündəliyi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər