"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXIB?
"İdrak" liseyində silahlı insidentdə xəsarət alan müəllimə Şəhla Kamilovanın işindən ayrıldığı ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Şəhla Kamilovanın vəkili Vüqar Əliyev məlumat verib.
"Müəllimə işdən ayrılmayıb. Sadəcə olaraq qısa müddətlik bülletenə çıxıb. Ailə bu kimi yanlış, təsdiqlənməmiş məlumatların, eyni zamanda, gələcəkdə fotolarının yayılmasından narahatdır", - deyə o bildirib.
***12:29"İdrak" liseyində bir müddət əvvəl baş vermiş silahlı insident zamanı yaralanan müəllimə ilə bağlı yeni məlumat yayılıb.
BAKU.WS Modern.az-a istinadla xəbər verir ki, hadisə zamanı xəsarət alan müəllim Şəhla Kamilova işdən ayrılıb.
İddialara görə, istintaq yekunlaşdıqdan sonra şagirdin təhsilini davam etdirməsi üçün ailəsi tərəfindən Londona göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, bu yaxınlarda yayılmış digər məlumatda müəllimənin hadisəni törədən şagirdi bağışladığı bildirilib. Barışığı təsdiq edən rəsmi sənəd istintaq orqanına təqdim edilib. Bu səbəbədən də şagirdin azadlığa buraxılacağı gözlənilir.
Xatırladaq ki, hadisə fevralın 6-da baş verib. "İdrak" liseyinin 10-cu sinif şagirdi Əli Şirinov atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimə Şəhla Kamilovaya atəş açıb. Güllə yarası almış müəllimə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər müəllimənin boyun nahiyəsindən 16 qırma çıxarıblar.
Hadisəni törədən şagird saxlanılıb, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
"İdrak" liseyində güllələnən müəllim İŞDƏN ÇIXDI
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
"İdrak" liseyində güllələnən müəllimə müalicədən sonra harada işləyəcək? - ÖZƏL
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13 Festivalının axşam proqramlarında dəyişikliklər edilib - YENİLƏNİB
-
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
-
Trampın qəbulunda atışmada şübhəli bilinən şəxsə yeni ittihamlar irəli sürülə bilər
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib
-
İlham Əliyev: Müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk













