Naxçıvanda "Şərqin qapısı" Teatr Festivalı keçiriləcək
Far.Az xəbər saytı

Naxçıvanda "Şərqin qapısı" Teatr Festivalı keçiriləcək


Naxçıvan şəhərində "Şərqin qapısı" Teatr Festivalı təşkil olunacaq.

"Far.Az"un yerli bürosu xəbər verir ki, Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası (MR) Mədəniyyət Nazirliyinin dəstəyi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə mayın 8–11-də "Şərqin qapısı" Teatr Festivalı keçiriləcək.

Festivalın keçirilməsində məqsəd ölkənin teatr mühitində yaradıcılıq mübadiləsini genişləndirmək, sənətkarlar arasında əməkdaşlığı gücləndirmək və tamaşaçılara zəngin səhnə nümunələri təqdim etməkdir.

Festivalın açılış mərasimi mayın 8-də olacaq. Həmin gün Azərbaycan Dövlət Pantomima Teatrının iştirakı ilə tədbirlər davam edəcək, saat 19:00-da isə Nikolay Qoqolun "Şinel" əsəri əsasında hazırlanan tamaşa nümayiş olunacaq.

Mayın 9-da festival çərçivəsində "Pantomima: aktyor sənətinin tərkib hissəsi kimi" mövzusunda ustad dərsi keçiriləcək.

Axşam saatlarında Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının təqdimatında Mirzə Fətəli Axundovun "Müsyö Jordan" tamaşası rus dilində səhnələşdiriləcək.

Mayın 10-da türkiyəli sənətçi-yazar Mehmet Ümit Görgülü tərəfindən ustad dərsi keçiriləcək. Həmin gün sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elçin Cəfərovun iştirakı ilə "Rəqəmsal dövrdə teatrın transformasiyası, süni intellekt və teatr" mövzusunda müzakirə baş tutacaq. Günün sonunda Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən Hüseyn Cavidin "Ana" tamaşası təqdim olunacaq.

Festivalın bağlanış mərasimi 11 may saat 17:00-da keçiriləcək.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər