Elektron xidmətlərin məqsədəuyğunluğunu müəyyən edəcək pilot layihələrin əhatə dairəsi müəyyənləşib
Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin əhatə dairəsi müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə məlumat Prezident İlham Əliyevin müvafiq Fərmanla təsdiq etdiyi Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydalarında əks olunub.
Qaydalara əsasən, tənzimləyici pilot layihələrin əhatə dairəsi aşağıdakı kimi təsbit olunub:
- tənzimləyici pilot layihələrin aşağıdakı rəqəmsal texnologiyaların tətbiqi əsasında həyata keçirilməsi:
- "süni intellekt" texnologiyaları (maşın öyrənməsi, təbii dil emalı, böyük həcmli məlumatların emalı, analitik təhlili və s.);
- "bulud" texnologiyaları və yüksək səviyyəli hesablama texnologiyaları;
- sahəvi (maliyyə, aqrar, təhsil, tibbi və s.) tətbiqyönümlü rəqəmsal texnologiyalar;
- "ağıllı şəhər" texnologiyaları ("əşyaların interneti", yaşıl texnologiyalar, telesəhiyyə, nəqliyyatın intellektual idarə edilməsi və s.);
- rəqəmsal mühitdə istifadəçilərdə real mövcudluq və iştirak hissi yaradan texnologiyalar (artırılmış reallıq, virtual reallıq, metakainat və s.);
- tənzimləyici pilot layihələrin həyata keçirilməsinin bu Qaydaların 1.4-cü bəndində nəzərdə tutulmuş məqsədlərdən azı birinə nail olmağa yönəlməsi;
- tənzimləyici pilot layihələrin həyata keçirilməsi zamanı digər dövlət qurumlarının səlahiyyətlərinə müdaxilə etmədən mövcud hüquqi tənzimləmədən kənara çıxılması zərurəti olduğu təqdirdə (bu Qaydaların 1.8-ci bəndi nəzərə alınmaqla).
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb
-
Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib
-
Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb
-
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov: "Futbolçuların bir qismini tanıyıram"
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb - TƏBİB-dən AÇIQLAMA
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı













