"Mançester Yunayted" "Old Trafford"un köhnə ot örtüyünün hissələrini 146 avroya satışa çıxarıb
Far.Az xəbər saytı

"Mançester Yunayted" "Old Trafford"un köhnə ot örtüyünün hissələrini 146 avroya satışa çıxarıb


"Mançester Yunayted" klubu ev oyunlarını keçirdiyi "Old Trafford" stadionu üçün istifadə olunmuş köhnə ot örtüyünün hissələrinin satışına başlayıb.

"Report" ESPN-ə istinadən xəbər verir ki, ölçüsü 7x7 santimetr olan və arena fotosu ilə birlikdə akril kubda saxlanılan hər bir parça təxminən 146 avro dəyərində qiymətləndirilir.

"Old Trafford"dakı meydançanın ot örtüyü keçən yay, 2012-ci ildən bəri ilk dəfə tamamilə dəyişdirilib. Köhnə qazon mövsümün sonunda götürülüb və futbolçular üçün şəraitin, həmçinin drenajın yaxşılaşdırılmasına yönəlmiş yenidənqurma çərçivəsində bünövrəsinə qədər sökülüb.

Klub örtüyü atmaq əvəzinə, onun hissələrini azarkeşlər üçün saxlamaq qərarına gəlib.

Mövsümlük abunə sahibləri satınalmada üstünlük hüququ əldə ediblər. Köhnə qazonun satışı komandanın tarixində ilk belə hal deyil. Meydanın yeniləndiyi 2012-ci ildə də ot örtüyünün parçaları fanatlara təklif olunub.

Oxşar xəbərlər

Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər