Alimlər Süd Yolu qalaktikasının sərhədlərini müəyyənləşdirib
Astronomlar Süd Yolu qalaktikasının ulduz yaranmasının dayandığı sərhədi müəyyənləşdiriblər.
Far.Az Malta Universiteti tədqiqatçılarının apardığı və Astronomy & Astrophysics jurnalında dərc olunan araşdırmaya istinadən xəbər verir ki, qalaktikanın "ulduz yaranma sərhədi" mərkəzdən təxminən 40 min işıq ili uzaqlıqda yerləşir.
Araşdırmada Gaia, APOGEE və LAMOST layihələrinin məlumatları əsasında 100 mindən çox nəhəng ulduzun yaşı analiz edilib.
Mütəxəssislər müəyyən ediblər ki, qalaktikanın mərkəzinə yaxın ərazilərdə daha yaşlı ulduzlar üstünlük təşkil edir. Mərkəzdən uzaqlaşdıqca ulduzlar cavanlaşır, lakin 40 min işıq ili məsafədə bu tendensiya dəyişir və yenidən yaşlı ulduzlar müşahidə olunur.
Alimlər hesab edir ki, sərhəddən kənardakı bu yaşlı ulduzlar əslində qalaktikanın daxili hissəsində formalaşıb və zamanla cazibə qüvvəsinin təsiri ilə kənara doğru hərəkət edib.
Tədqiqat Süd Yolunun quruluşu və təkamül tarixinin daha dəqiq anlaşılması baxımından mühüm hesab olunur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu













