Tramp Hörmüz boğazı üçün "Azadlıq layihəsi"ni elan etdi
Far.Az xəbər saytı

Tramp Hörmüz boğazı üçün "Azadlıq layihəsi"ni elan etdi


ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında qalan ticarət gəmilərinin xilas edilməsi üçün "Azadlıq layihəsi" adlı əməliyyatın başlanacağını açıqlayıb.

Far.Az xəbər verit ki, onun sözlərinə görə, əməliyyatın əsas məqsədi bölgədə ilişib qalan və münaqişə ilə əlaqəsi olmayan ölkələrə məxsus gəmilərin təhlükəsiz şəkildə hərəkətini təmin etməkdir. Tramp bu addımı humanitar təşəbbüs kimi qiymətləndirib.

Prezident bildirib ki, bir çox gəmidə ekipajın ərzaq və digər zəruri ehtiyatları tükənmək üzrədir. Bu səbəbdən ABŞ həmin gəmilərin və heyətin təhlükəsiz şəkildə Hörmüz boğazından çıxarılması üçün tədbirlər görəcək.

Tramp əlavə edib ki, prosesin qarşısı alınarsa, müdaxilə daha sərt üsullarla həyata keçirilə bilər.

Qeyd edək ki, bölgədə gərginlik İranın boğazı bağlaması və ABŞ-nin cavab addımları fonunda artıb. ABŞ Mərkəzi Komandanlığı, CENTCOM daha əvvəl İran limanları ilə əlaqəli gəmilərə qarşı tədbirlərin görüləcəyini bildirmişdi.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər