Telegram bir gündə 100 mindən çox kanal və qrup bağlayıb
Far.Az xəbər saytı

Telegram bir gündə 100 mindən çox kanal və qrup bağlayıb


Telegram 5 may tarixində ümumilikdə 103 mindən çox qrup və kanalı bloklayıb.

BAKU.WS xəbər verir ki, bir gün ərzində 103 259 qrup və kanal "qara siyahıya" salınıb. Bu göstərici mayın 1-də qeydə alınan 107 minlik rəqəmdən sonra yenidən 100 min həddini keçib.

Bildirilir ki, may ayının əvvəlindən bu günədək ümumilikdə təxminən 386 min qrup və kanal bloklanıb. Onlardan 914-ü "terrorizmlə əlaqəli" kimi qeyd edilib.

Rəsmi statistikaya əsasən, ilin əvvəlindən bəri Telegram tərəfindən bağlanan qrup və kanalların ümumi sayı 14 milyonu ötüb, onların 67 mindən çoxu isə terrorla əlaqəli fəaliyyətlə əlaqələndirilib.

Qeyd olunur ki, bu cür kütləvi bloklamalar platformada təhlükəsizlik və qayda pozuntularının qarşısının alınması məqsədilə həyata keçirilir.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər