SOCAR "EKOL Mühəndislik Xidmətləri"nin yeganə səhmdarı olub
"EKOL Mühəndislik Xidmətləri" QSC-nin səhmlərinin 49 %-nə nəzarət edən "Lancer Services S.A." şirkəti payını satıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında yer alıb. Qeyd olunub ki, qiymətli kağızları digər səhmdar - Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) alıb və payını 100 %-ə çatdırıb.
Xatırladaq ki, "Ekol Mühəndislik Xidmətləri" 2006-ci ilin mart ayında təsis edilib. Onun nizamnamə kapitalı 4,072 milyon manatdır. Müəssisənin fəaliyyətinin əsas məqsədi respublika hüdudlarından kənarda və respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













