Fərhad Məmmədov: Bakı və İrəvan arasında sülh prosesi Cənubi Qafqaz üçün yeni imkanlar açır
Far.Az xəbər saytı

Fərhad Məmmədov: Bakı və İrəvan arasında sülh prosesi Cənubi Qafqaz üçün yeni imkanlar açır


Azərbaycan və Ermənistan arasındakı sülh prosesi Cənubi Qafqaz üçün yeni imkanlar açır.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə "Sülh körpüsü" təşəbbüsünün koordinatoru, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov "İrəvan dialoqu - 2026" beynəlxalq konfransında bildirib.

O qeyd edib ki, 2025-ci ilin avqustunda Vaşinqtonda iki ölkə arasında sülh gündəliyi və sülhə doğru addımların ardıcıllığı razılaşdırılıb.

"Bu, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması və kommunikasiyaların açılması üçün şərait yaradır. Beləliklə, Cənubi Qafqaz üçün yeni imkanlar açılır və eyni zamanda region ölkələri özləri dəyişikliklərin əsas aparıcı qüvvələri kimi çıxış edirlər", - o deyib.

F.Məmmədovun sözlərinə görə, Cənubi Qafqaz bir çox beynəlxalq və regional layihələrə cəlb edilib və Yaxın Şərqin, xüsusən "Bir kəmər, bir yol" təşəbbüsünün quru marşrutunun bir hissəsi kimi nəzərdən keçirilir.

Ekspert əlavə edib ki, Azərbaycan və Ermənistan üçüncü tərəflərin müdaxiləsi olmadan ikitərəfli formatda danışıqlar aparır. Onun sözlərinə görə, bu, mürəkkəb məsələləri həll etməyə imkan verən və digər aktorların kənardan manipulyasiyasına yol verməyən irəliləyişdir.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər