Texnologiya nəhənglərində kütləvi İXTİSAR: 80 min nəfər işsiz qaldı
2026-cı ilin ilk ayları texnologiya sektorunda ciddi iş itkiləri ilə yadda qalıb. Məlumata görə, aralarında Meta və Microsoft kimi şirkətlərin də olduğu 86 şirkət üç ay ərzində 80 mindən çox əməkdaşını ixtisar edib.
Far.Az xəbər verir ki, bu rəqəmlər ötən ilin eyni dövrü ilə müqayisədə xeyli yüksəkdir. Belə ki, 2025-ci ilin ilk rübündə təxminən 30 min nəfər işdən çıxarılmışdı.
Şirkətlər ixtisarların əsas səbəbi kimi süni intellekti göstərsə də, mütəxəssislər bunun tam reallığı əks etdirmədiyini bildirir. Sam Altman da daxil olmaqla bir sıra tanınmış simalar hesab edir ki, bəzi şirkətlər süni intellekti "bəhanə" kimi istifadə edir.
Ekspertlərin fikrincə, əsas səbəblər pandemiya dövründə nəzarətsiz genişlənmə və maliyyə şərtlərinin dəyişməsidir. İnvestor Marc Andreessen qeyd edir ki, faiz dərəcələrinin artması və artıq işçi qüvvəsi şirkətləri ixtisarlara məcbur edir.
Eyni zamanda, Epic Games şirkətinin rəhbəri Tim Sweeney ixtisarların süni intellektlə bağlı olmadığını açıq şəkildə etiraf edib.
Mütəxəssislər hesab edir ki, hazırkı ixtisar dalğası texnoloji dəyişiklikdən daha çox əvvəlki illərdəki səhv idarəetmənin nəticələrinin aradan qaldırılması ilə bağlıdır.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu
-
Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib
-
Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji və parıltı marafonu
-
Azercell Beynəlxalq Xalça Festivalında "Minlərlə ilmə, bir güc" xalçasını təqdim etdi
-
Sumqayıtda avtomobil yolu çöküb
-
"Met Gala 2026"nın ən çox müzakirə olunanları - SİYAHI













