Sarkozi şərti azadlığa buraxıldı
Fransanın sabiq prezidenti ilə bağlı diqqət çəkən hüquqi qərar verilib.
Far.Az Fransanın "RTL" radiostansiyasına istinadən xəbər verir ki, 2007–2012-ci illərdə ölkəyə rəhbərlik etmiş Nikola Sarkozi seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı iş üzrə cəzasının bir hissəsini çəkdikdən sonra şərti azadlığa buraxılıb.
Məhkəmə sabiq prezidentin cəzanın yüngülləşdirilməsi ilə bağlı müraciətini təmin edib. Qərara əsasən, Nikola Sarkozi artıq cəzasını çəkdiyi müddətdə taxmalı olduğu elektron nəzarət qolbağından azad olunub.
Qeyd edək ki, bu məhkəmə prosesi ictimaiyyətdə "Bygmalion işi" kimi tanınır. Araşdırmalar zamanı müəyyən edilib ki, sabiq prezidentin 2012-ci il seçki kampaniyası üçün qanunla müəyyən olunmuş maliyyə limiti ciddi şəkildə aşılıb. İstintaq materiallarına əsasən, kampaniya xərcləri icazə verilən həddən təxminən iki dəfə çox – 42,8 milyon avro təşkil edib.
Xatırladaq ki, Nikola Sarkozi hələ 2016-cı ildə bu pozuntulara görə ittiham olunmuşdu. 2024-cü ilin fevralında isə Paris Apelyasiya Məhkəməsi onu təqsirli bilərək bir il həbs cəzasına məhkum edib. Həmin cəzanın altı ayı real olaraq icra olunub, qalan hissəsi isə şərti hesab edilib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riad Axundzadə: "Azərbaycan son dərəcə yüksək su riskləri olan ölkələr kateqoriyasından çıxıb"
-
Rubio: ABŞ-nin Hörmüz boğazındakı əməliyyatı müdafiə xarakterlidir
-
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionununda işçinin meyiti tapılıb
-
ABŞ narkotik qaçaqmalçılığı ilə əlaqəli gəmiyə zərbə endirib, ölənlər var
-
Bakıda ölümlə nəticələnən dəhşətli qəzanın ANBAAN VİDEOSU
-
Tehranda ticarət mərkəzində yanğın nəticəsində azı 8 nəfər ölüb, onlarla insan xəsarət alıb













