Hantavirusla bağlı yeni YOLUXMALAR
Avropada son günlər hantavirusla bağlı aşkarlanan yeni yoluxma halları narahatlıq yaradıb. Xüsusilə İsveçrədə təsdiqlənən infeksiya sonrası səhiyyə qurumları təhlükənin genişlənə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Far.Az xarici mediaya istinadən xəbər verir ki, kənd təsərrüfatı və meşəlik ərazilərdə gəmirici populyasiyasının artması virusun yayılma riskini yüksəldir. İqlim dəyişiklikləri və beynəlxalq səyahətlərin intensivləşməsi də təhlükəni artıran əsas amillər sırasında göstərilir.
Hantavirus ilk dəfə 1950-ci illərdə Koreya müharibəsi zamanı ağır tənəffüs və böyrək çatışmazlığı halları ilə gündəmə gəlib. Sonrakı araşdırmalar nəticəsində virusun əsas daşıyıcılarının gəmiricilər olduğu müəyyən edilib. İnsanlara yoluxmanın isə əsasən gəmiricilərin sidik, nəcis və tüpürcəyi ilə çirklənmiş hava hissəcikləri vasitəsilə baş verdiyi açıqlanıb.
Qeyd edək ki, 1993-cü ildə Amerika Birləşmiş Ştatlarında qeydə alınan hantavirus epidemiyası yüksək ölüm göstəricisi ilə diqqət çəkmişdi. Daha sonra Argentina və Çilidə aşkarlanan "Andes" variantının insandan insana keçmə ehtimalı alimlər arasında ciddi narahatlıq yaradıb.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb













