Əraqçi Hörmüz boğazı ilə bağlı ABŞ və Bəhreynin BMT qətnamələrini tənqid edib
Far.Az xəbər saytı

Əraqçi Hörmüz boğazı ilə bağlı ABŞ və Bəhreynin BMT qətnamələrini tənqid edib


İran Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına (TŞ) ABŞ və Bəhreyn tərəfindən Hörmüz boğazındakı vəziyyətlə bağlı təqdim olunan qətnamələri tənqid edib.

"Far.Az" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bununla bağlı BMT-nin Baş Katibi Antonio Quterreş, Çinin xarici işlər naziri Van İ, Çinin BMT-dəki daimi nümayəndəsi və səfiri, eyni zamanda BMT TŞ-nin sədri Fu Tsuna, eləcə də BMT-yə üzv dövlətlərə ünvanladığı məktubu "Telegram" kanalında bölüşüb.

"A. Əraqçi ABŞ ilə Bəhreyn tərəfindən Hörmüz boğazındakı vəziyyətlə bağlı təqdim edilmiş birtərəfli və təxribat xarakterli qətnaməni tənqid edir və beynəlxalq ictimaiyyətin qanunsuz hərəkətlərə bəraət qazandırmaq üçün TŞ-dən bir alət kimi sui-istifadə edilməsinin qarşısını almaq məsuliyyətini vurğulayır", - məktubda bildirilib və əlavə olunub ki, Hörmüz boğazındakı hazırkı vəziyyətin əsas səbəbi ABŞ və İsrailin İrana qarşı hərbi hücumudur:

"Bu layihənin əsl məqsədi mövcud faktları təhrif etmək, Fars körfəzi və Hörmüz boğazında - Amerikadan minlərlə kilometr uzaqlıqda yerləşən bir bölgədə ABŞ-nin İrana qarşı əvvəlki və davam edən qanunsuz hərəkətlərinə bəraət qazandırmaqdır".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarına zərbələr endirib.

İran, ABŞ və müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə su yolunun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər