CBC FM 5 yaşında!
Qarabağ və Şərqi Zəngəzurun ilk regional radio kanalı - CBC FM bu gün 5 yaşını qeyd edir. 8 may 2021-ci ildə Azərbaycanın mədəni paytaxtında "Diqqət! Danışır Şuşa!" sədaları eşidildi.
CBC FM Azərbaycan, rus və erməni dillərində yayımlanır. Bu müddət ərzində yerli və
xarici aparıcı ekspertlərlə yüzlərlə müsahibə, minlərlə saat canlı yayım dinləyicilərə təqdim olunub.
CBC FM-in efiri təkcə siyasət və iqtisadiyyat xəbərləri ilə məhdudlaşmır. 102.7 FM dalğasında müxtəlif məzmunlu, o cümlədən şəhidlərimiz və qazilərimiz haqqında, tariximiz, mədəni irsimiz, ədəbiyyatımız, tibb sahəsində əldə olunan nailiyyətlərlə bağlı verilişləri də dinləyicilərə təqdim olunur.
CBC FM obyektivlik və peşəkarlıq prinsiplərinə sadiq qalaraq işini davam edir. Bundan sonra da 102.7 FM dinləyicilərini yeni layihələr, maraqlı verilişlər və dəqiq xəbərlər gözləyir!
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir - CANLI YAYIM
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Şekspir" tamaşası nümayiş olunub
-
Marketdə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR













