Rauf Namazov: "Maliyyə institutlarının şübhəli əməliyyatlar barədə məlumatları gecikdirməsi problem yaradır"
Far.Az xəbər saytı

Rauf Namazov: "Maliyyə institutlarının şübhəli əməliyyatlar barədə məlumatları gecikdirməsi problem yaradır"


Azərbaycanın maliyyə sektorunda əsas risk amillərindən biri maliyyə axınlarının tam şəffaf olmamasıdır.

"Report" xəbər verir ki, bunu Maliyyə Monitorinq Xidmətinin Aparat rəhbəri Rauf Namazov Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") təşkilatçılığı ilə keçirilən "Maliyyə institutlarında risklərin idarə olunması" adlı tədbirdə açıqlayıb.

Onun sözlərinə görə, bu isə xüsusilə nağd əməliyyatların yüksək paya malik olması və kartdan-karta köçürmələrdə qarşı tərəfin tam identifikasiya edilməməsində özünü göstərir: "Bu hallar həm fiziki, həm də hüquqi şəxslərin müəyyən olunmasını çətinləşdirir. Nəticədə hər hansı əməliyyat üzrə araşdırmanın aparılması və düzgün nəticəyə gəlinməsi sual altında qalır".

R. Namazov qeyd edib ki, sürətli köçürmələr zamanı natamam məlumatların təqdim olunması, əməliyyatın mahiyyətinin düzgün izah edilməməsi və kanalların tam göstərilməməsi də araşdırmaların aparılmasını çətinləşdirir: "Son dövrlər virtual aktivlərdən istifadənin genişlənməsi də yeni risklər yaradır. Virtual aktivlər artıq həyatımıza daxil olub və geniş istifadə olunur. Lakin bu sahədə tənzimləmənin tam formalaşmaması müəyyən problemlərə səbəb olur. Xüsusilə cinayət yolu ilə əldə olunmuş vəsaitlərin izinin itirilməsi məqsədilə virtual aktivlərdən istifadə halları müşahidə edilir".

R.Namazov əlavə edib ki, maliyyə institutlarının şübhəli əməliyyatlarla bağlı məlumatları gec təqdim etməsi də ciddi problemlər yaradır: "Bəzi hallarda maliyyə institutları şübhəli əməliyyatlar barədə məlumatları aylar, hətta illər sonra təqdim edir. Bu müddətdə vəsaitlərin izi itirilir, vəsaitlər ölkədən çıxarılır, fiqurantlar isə ölkəni tərk edir. Nəticədə araşdırmaların effektivliyi azalır. Şübhəli əməliyyatların vaxtında müəyyən olunaraq təqdim edilməsi risklərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır".

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Kəsilmiş ağacın əvəzinə yeni ağac əkilib və üzərinə identifikasiya etiketi vurulub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər