Azərbaycan və Belarus Sumqayıtda birgə qarışıq gübrə istehsalına hazırlaşır
Qarışıq gübrələrin istehsalı üzrə birgə Azərbaycan-Belarus layihəsinin reallaşdırılmasına hazırlıq işləri yekun mərhələdədir.
"Far.Az" xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Belarus Universal Əmtəə Birjasının Bakıda keçirdiyi "Bizneslə açıq dialoq" seminarında çıxışı zamanı bildirib.
T.Hacılı qeyd edib ki, 2026-cı ilin birinci rübünün yekunları üzrə Azərbaycanla Belarus arasında ikitərəfli ticarət dövriyyəsinin həcmi 11 % artıb.
"Hazırda qarışıq gübrələrin birgə istehsalının təşkili üçün fəal hazırlıq işləri aparılır. Tezliklə Sumqayıtda həyata keçiriləcək bu layihə qarşılıqlı ticarət dövriyyəsinə əhəmiyyətli təsir göstərəcək, həmçinin məhsulların üçüncü ölkələrə ixracını əhatə edəcək. Bundan başqa, digər birgə təşəbbüslərin ətraflı şəkildə nəzərdən keçirilməsi davam edir", - T.Hacılı bəyan edib.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













