WUF13-də iştirak etmək üçün necə qeydiyyatdan keçmək olar?
17-22 may 2026-cı il tarixlərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində açılış mərasimi mayın 18-də Bakı Olimpiya Stadionunda baş tutacaq.
BAKU.WS xəbər verir ki, tədbirdə iştirak etməsi məqsədəuyğun hesab edilən şəxslərə forumda qeydiyyatdan keçərək açılış mərasimində iştirak etmələri ilə bağlı müraciət ünvanlanıb.
Forumun proqramı və qeydiyyat üçün müvafiq keçidlər iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, qeydiyyat prosesini izah edən videomaterial da əlavə olunub.
Vurğulanıb ki, açılış mərasiminin vaxtında dəyişikliklərin ola biləcəyi nəzərə alınaraq forum proqramının mütəmadi izlənilməsi tövsiyə edilir.
Həmçinin qeyd edilib ki, qeydiyyat təsdiqinə dair QR-kod əldə edildikdən sonra Bakı Olimpiya Stadionuna giriş üçün stadion ərazisində fəaliyyət göstərəcək "Qeydiyyat pavilyonu"nda iştirakçılara müvafiq vəsiqələr təqdim olunacaq. Bu səbəbdən qeydiyyat zamanı istifadə olunan şəxsiyyət vəsiqələrinin iştirakçıların üzərində olması vacibdir.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Şekspir" tamaşası nümayiş olunub
-
Marketdə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR
-
"Fox News": ABŞ İranın Bəndər-Abbas limanına zərbə endirib
-
SOCAR komandasının baş məşqçisi: "Böyükhesablı qələbə bizim üçün də sürpriz oldu"
-
"Fars": Bəndər-Abbas limanını BƏƏ-nin qırıcıları bombalayıb - YENİLƏNİB













