İndoneziya səfiri Sumqayıtda əməkdaşlıq məsələlərini müzakirə edib
Far.Az xəbər saytı

İndoneziya səfiri Sumqayıtda əməkdaşlıq məsələlərini müzakirə edib


İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi Sumqayıt ilə əməkdaşlıq imkanlarını müzakirə edib.

"Report"un yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov qonağa şəhərin tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı və son illərdə şəhərdə həyata keçirilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib.

Bildirilib ki, Sumqayıt bu gün Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi kimi regionun iqtisadi inkişafında mühüm rol oynayır.

B.Helmi Azərbaycan ilə İndoneziya arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib, bu münasibətlərin gələcəkdə daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Səfir Sumqayıtın sənaye və iqtisadi imkanlarını yüksək qiymətləndirərək, şəhərin iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm rol oynaya biləcəyini vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər