Gəncədə WUF13 Festivalı keçirilir - YENİLƏNİB
Far.Az xəbər saytı

Gəncədə WUF13 Festivalı keçirilir - YENİLƏNİB


Gəncə şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı keçirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, festival şəhər sakinlərinin fəallığı şəraitinda davam edir.

Tədbirdə Xalq artisti Miri Yusifin konsert proqramı böyük maraqla qarşılanıb, sənətçinin səsləndirdiyi mahnılar iştirakçılar arasında çoşqu yaradıb.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı Gəncədə böyük coşqu ilə keçirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, festivalın axşam proqramı Gəncənin mərkəzində yerləşən Heydər Əliyev meydanında davam etdirilir.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov Gəncə sakinlərini və şəhərin qonaqlarını salamlayaraq festivalın əhəmiyyəti barədə ətraflı məlumat verib, vaxtlarını mənalı keçirmələri üçün müxtəlif proqramların təşkil olunduğunu qeyd edib.

Proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılır.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
"Şəhər İçində Şəhər" – Gəncə Park City: Gəncənin yeni nəfəsi, gələcəyin şəhəri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər