Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin püşkatması keçirilib
Far.Az xəbər saytı

Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin püşkatması keçirilib


Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev Kuboku" uğrunda futzal turniri keçiriləcək.

"Far.Az" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyası tərəfindən birgə təşkil olunan yarışda 20 komanda iştirak edəcək.

Bu gün turnirin püşkatma mərasimi reallaşıb. Təşkilatçı qurumların nümayəndələri tədbirdə iştirak edən komandaların təmsilçilərini salamlayaraq yarışın əhəmiyyətindən bəhs ediblər.

Qeyd olunub ki, ümummili liderin xatirəsi idman ictimaiyyəti üçün daim əziz tutulur, hər il dahi şəxsiyyətin doğum və anım günləri ilə bağlı silsilə tədbirlər keçirilir. Budəfəki futzal turnirinə də marağın yüksək olduğu vurğulanıb, idmanda kütləviliyin təmini, sağlam həyat tərzinin təbliği baxımından, o cümlədən qurumlararası əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti önə çəkilib.

Turnirin reqlamenti barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb. Sonra püşkatmaya başlanılıb. Püşkatmanın nəticələrinə uyğun olaraq hər birində 5 komanda olmaqla, 4 qrup formalaşdırılıb.

Qeyd edək ki, mayın 16-da start götürəcək və ayın 27-dək davam edəcək turnirin oyunları İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək. Yarışda ilk üç yeri tutacaq komandalara diplom, medal və hədiyyələr, o cümlədən qalib komandaya baş mükafat – "Heydər Əliyev Kuboku" təqdim olunacaq.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər