Azərbaycan Efiopiya ilə kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqini müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan Efiopiya ilə kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqini müzakirə edib


Azərbaycan və Efiopiya arasında kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi müzakirə edilib.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Efiopiyaya səfər edib.

Məlumata görə, səfər çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Efiopiyanın kənd təsərrüfatı üzrə dövlət naziri Deselgn Tashome ilə keçirilən görüşdə aqrar sahədə əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının emalı, innovativ texnologiyaların tətbiqi və ərzaq təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Efiopiyanın su və enerji naziri Habtamu İtefa Gelet ilə keçirilən görüşdə enerji, su ehtiyatlarının idarə olunması və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər "yaşıl enerji" və davamlı inkişaf istiqamətində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycan nümayəndə heyəti həmçinin Müasir Efiopiya Xidmətləri üzrə Təşkilatlanmış Fayda Mərkəzinin (MESOB) fəaliyyəti ilə tanış olub. Mərkəzdə dövlət xidmətlərinin vahid platforma üzərindən təşkili, rəqəmsal həllər və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində həyata keçirilən mexanizmlər barədə məlumat təqdim edilib.

Efiopiyada Azərbaycanın əlverişli biznes və investisiya mühiti, qeyri-neft sektorunun inkişafı və regional iqtisadi əməkdaşlıq imkanları təqdim olunub.

Oxşar xəbərlər

İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Efiopiyanın Baş naziri "ASAN xidmət"də olub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər