İranda yeni ali liderin yaralanması ilə bağlı bəzi detallar ilk dəfə açıqlandı
İranın yeni ali lideri Müctəba Xameneinin hava zərbəsi nəticəsində aldığı xəsarətlərin, demək olar ki, tam sağaldığı bildirilir.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Al Araby" hökumət müşavirələrinin koordinatoru Məzahər Hüseyniyə istinadən məlumat yayıb.
Məlumata görə, İranın yeni lideri fevralın 28-də İsrail və ABŞ-nin İrana qarşı həyata keçirdiyi birgə hərbi əməliyyat zamanı yaralanıb. Həmin hücum nəticəsində onun atası - İranın rəhbəri Əli Xamenei və həyat yoldaşı ölüblər.
İran rəsmisinin sözlərinə görə, partlayış dalğasının təsiri ilə Müctəba Xamenei yerə yıxılıb və dizindən, bel nahiyəsindən, eləcə də qulağının arxa hissəsindən yüngül xəsarətlər alıb.
Məzahər Hüseyni bildirib ki, onun belindəki zədə artıq sağalıb, dizindəki problemin isə yaxın vaxtlarda tam aradan qalxacağı gözlənilir. Qulağının arxasında yaranan kiçik kəsiyin isə əmmaməyə görə görünmədiyi qeyd olunub.
"The Wall Street Journal" vurğulayıb ki, bu, İran hakimiyyətinin yeni ali liderin yaralanması ilə bağlı detalları ilk dəfə açıq şəkildə paylaşdığı haldır.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Niderland "MV Hondius" gəmisinin sərnişinlərinə karantin rejimi tətbiq edəcək
-
Tramp ABŞ-nin təkliflərinə İrandan cavab gözləyir
-
AFFA 2026/2027 mövsümü üçün lisenziya verdiyi klubların siyahısını açıqladı
-
Valdas Dambrauskas: "Məğlubiyyətsizlik seriyasının bitməsi müəyyən məyusluq yaradır"
-
ABŞ Hörmüz boğazında "Azadlıq Layihəsi" əməliyyatını bərpa edə bilər
-
WSJ: ABŞ-İran danışıqlarının yeni mərhələsi İslamabadda keçirilə bilər













