Əmrullayev: Şagird sayı az olan məktəblərin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir
Azərbaycanda şagird sayı az olan kənd məktəblərinin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir.
"Far.Az" xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edən elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, hazırda məktəblərlə bağlı təhlillər davam etdirilir:
"Məqsəd sistemin daha da rasionallaşdırılması və təhsilin keyfiyyətinin artırılmasıdır. Azsaylı məktəblərə müəllim göndərmək problemi var".
E. Əmrullayev bildirib ki, bu istiqamətdə iki model tətbiq olunur. Onlardan biri şagirdlərin nəqliyyat vasitəsilə daha böyük məktəblərə daşınmasıdır:
"Az sayda olan şagird daha böyük məktəbə gətirilir və orada keyfiyyətli tədrislə təmin edilir. Eyni zamanda, onların sosial mühiti də genişlənir".
Nazir qeyd edib ki, ikinci istiqamət distant təhsil modelidir:
"Altı kiçik məktəbdə şagirdlər yerlərini dəyişmədən müəllim onlayn qaydada dərs keçir. Bu format da özünü doğruldur".
Onun sözlərinə görə, yay aylarında şagird saylarının təhlili başa çatdıqdan sonra bu istiqamətdə işlər davam etdiriləcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yarış keçirilib
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













