III Şionun taxta çıxma mərasimi olub
Gürcüstanın yeni seçilmiş Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Bişvinta və Sxum-Abxaziya mitropoliti Müqəddəs Şio III-nün (Mitropolit Şio) taxta çıxma mərasimi Svetitsxoveli Kafedralında baş tutub.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, təntənəli mərasim Müqəddəs Sinod üzvlərinin və digər ruhanilərin iştirakı ilə keçirilən liturgiya ilə başlayıb.
Bayram ibadəti yerli vaxtla saat 10:00-da start götürüb.
Liturgiya zamanı yeni Patriarxa idarəetmə simvolları – patriarxal mitra, tac və əsas dini rəmzlərdən biri hesab olunan xaç-panagiya təqdim edilib. Taxta çıxma mərasiminin əsas hissəsinin sonunda isə qədim patriarxal mitra III Şionun başına qoyulub.
Mərasimdə Gürcüstan hökumətinin və Nazirlər Kabinetinin üzvləri, həmçinin hakim "Gürcü Arzusu" partiyasının qurucusu Bidzina İvanişvili də iştirak edib.
Xatırladaq ki, ötən gün Gürcüstan Pravoslav Kilsəsinin genişləndirilmiş şurasında keçirilən səsvermənin nəticələrinə əsasən, Senaki və Çxorotsku mitropoliti Şio Muciri Gürcüstanın 142-ci Katolikos-Patriarxı seçilib. O, 22 səs toplayaraq Patriarx elan olunub. Digər namizədlərdən Urbnisi və Ruisi mitropoliti İob 9, Poti və Xobi mitropoliti Qriqol isə 7 səs qazanıb. Bir bülleten etibarsız sayılıb.
Qeyd edək ki, Gürcüstanın Katolikos-Patriarxı II İliya 2026-cı il martın 17-də 93 yaşında vəfat edib. Bundan sonra Gürcüstan Pravoslav Kilsəsində yeni Patriarxın seçilməsi prosesi başlanmışdı.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanla Türkiyə arasında "Sıfır Tullantı" konsepsiyası çərçivəsində fikir mübadiləsi aparılıb
-
Avropa çempionu olan Azərbaycanın minifutbol millisi azarkeşlərlə görüşəcək
-
Brüsseldə ənənəvi beynəlxalq "Suqovuşan" minifutbol turniri keçirilib
-
EBRD-in Müdirlər Şurasının sessiyasında Azərbaycanın azad edilmiş ərazilərinin bərpasından danışılıb
-
Tramp İranla danışıqların təfərrüatlarını və Tehrandan tələbini açıqlayıb
-
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir













