Yeni yayılan Hantavirusla bağlı BİLMƏDİKLƏRİNİZ - Nədir, necə yayılır və kimlər təhlükədədir?
Far.Az xəbər saytı

Yeni yayılan Hantavirusla bağlı BİLMƏDİKLƏRİNİZ - Nədir, necə yayılır və kimlər təhlükədədir?


Atlantik okeanında hərəkətdə olan MV Hondius adlı sərnişin gəmisində qeydə alınan şübhəli hallar sonrası hantavirus yenidən dünya gündəminin əsas mövzularından birinə çevrilib.

Hadisədən sonra "Hantavirus nədir?", "Necə yoluxur?" və "İnsandan insana keçir?" kimi suallar internetdə ən çox axtarılan mövzular sırasına daxil olub.

BAKU.WS xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, hantavirus Bunyaviridae ailəsinə aid RNA virusudur. Virus adını ilk dəfə aşkar edildiyi Cənubi Koreyadakı Hantaan Riverndən götürüb.

Xəstəliyin böyrək çatışmazlığı və qanaxmalı qızdırma ilə müşahidə olunan növünə əsasən Asiya və Avropada rast gəlinir. Ağciyərləri zədələyən ağır forması isə daha çox Amerika qitəsində yayılıb.

Virus əsasən siçan və digər gəmiricilərdən insanlara keçir. Xüsusilə gəmiricilərin sidiyi, nəcis və tüpürcəyi ilə təmas və ya həmin maddələrin olduğu havanın tənəffüs edilməsi yoluxma riskini artırır.

Alimlər bildirirlər ki, gəmiricilərdə xəstəlik çox vaxt simptomsuz keçir. Lakin virus onların ağciyər, böyrək və dalaq orqanlarında yüksək miqdarda toplana bilir. Bu səbəbdən gəmiricilərin tullantıları ətraf mühiti və havanı yoluxdura bilər.

Mütəxəssislər hantavirusun insandan insana keçməsinin olduqca nadir hallarda baş verdiyini vurğulayırlar. Mövcud araşdırmalara əsasən, virus adi təmas yolu ilə asan yayılmır. Həmçinin qan köçürülməsi ilə yoluxmaya dair təsdiqlənmiş fakt olmadığı qeyd edilir.

Bundan başqa, pişik, it, toyuq və iribuynuzlu heyvanların birbaşa virus daşıyıcısı olmadığı bildirilib. Lakin onların yoluxmuş gəmiricilərlə təmasdan sonra virusun dolayı yayılmasına səbəb ola biləcəyi istisna edilmir.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər