ÜST hantavirusla bağlı xəbərdarlıq etdi: Yeni yoluxmalar arta bilər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hantavirusla bağlı yeni xəbərdarlıq yayıb.
Far.Az xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus İspaniyanın Madrid şəhərində keçirilən mətbuat konfransında çıxışı zamanı yaxın həftələrdə yeni yoluxma hallarının qeydə alına biləcəyini bildirib.
Onun sözlərinə görə, hazırkı vəziyyət genişmiqyaslı epidemiyaya işarə etməsə də, hantavirusun uzun inkubasiya dövrü riskləri artırır.
Qebreyesus beynəlxalq ictimaiyyəti ehtiyatlı olmağa çağıraraq bildirib:
"İnkubasiya dövrünün uzun olması səbəbindən yaxın həftələrdə yeni halların ortaya çıxması ehtimalı yüksəkdir".
Məlumata görə, Hollandiya bayrağı altında üzən MV Hondius adlı lüks sərnişin gəmisi aprelin 1-də Argentinanın Uşuaya limanından yola düşüb.
Səyahət zamanı bir neçə sərnişində hantavirus simptomları aşkarlanıb. Sonradan üç nəfərin virus səbəbindən öldüyü bildirilib. Yoluxma halları İspaniya, Fransa və ABŞ daxil olmaqla müxtəlif ölkələrdə qeydə alınıb.
ÜST mayın 2-də gəmidə hantavirus hallarının təsdiqləndiyini açıqlayıb. Daha sonra İspaniya ilə aparılan danışıqlardan sonra gəminin sərnişinlərinin təxliyəsi üçün Tenerife adası istiqamətinə yönləndirilməsinə qərar verilib.
Mütəxəssislər bildirirlər ki, hantavirus əsasən gəmiricilər vasitəsilə yayılır. Virus qurumuş sidik, nəcis və tüpürcək hissəciklərinin hava yolu ilə insan orqanizminə daxil olması nəticəsində yoluxur. Xəstəlik yüksək hərarət, əzələ ağrıları, halsızlıq, tənəffüs çatışmazlığı, daxili qanaxma və böyrək çatışmazlığı kimi ağır fəsadlara səbəb ola bilər.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Güclü yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Qebreyesus: Hantavirus yayılan laynerin sərnişinlərinin təxliyəsinə başlanılıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyində provayderlərin məsuliyyəti xüsusi əhəmiyyət daşıyır
-
Günəşlidə 4 maşın toqquşub
-
Regionun taleyini dəyişəcək proses: Bakı və Ankaradan tarixi layihə
-
Arazda batan məktəblinin axtarışları üçün çayda suyun səviyyəsi endirilib
-
Lisey və gimnaziyalara qəbul üçün elektron qeydiyyat başlayır
-
Dünya Çempionatı öncəsi komandaları narkotik itləriylə YOXLADILAR













