Alimlərdən 2026 FIFA DÇ ilə bağlı XƏBƏRDARLIQ!
Alimlər 2026 FIFA Dünya Çempionatı ilə bağlı xəbərdarlıq ediblər. Mütəxəssislərin fikrincə, turnir zamanı futbolçular və azarkeşlər təhlükəli isti hava şəraiti ilə üzləşə bilərlər.
Far.Az xəbər verir ki, World Weather Attribution təşkilatının alimləri 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatı öncəsi iqlim modelləri əsasında araşdırma aparıblar.
Təhlillərə əsasən, iqlim dəyişikliyi və qlobal istiləşmə səbəbindən turnir zamanı temperatur və rütubət səviyyəsi ciddi risk yarada bilər. Xüsusilə açıq stadionlarda keçiriləcək oyunlarda həm futbolçuların, həm də azarkeşlərin sağlamlığı üçün təhlükəli şəraitin yaranacağı bildirilir.
Araşdırmada qeyd olunub ki, turnirin 104 oyununun təxminən 25 faizinin Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyasının (FIFPRO) təhlükəsizlik həddini aşan hava şəraitində keçirilməsi ehtimalı var. Söhbət orqanizmin istiliyi nə dərəcədə effektiv soyuda bildiyini ölçən WBGT göstəricisinin 26 dərəcəni keçməsindən gedir.
Mütəxəssislər hesab edir ki, bəzi oyunlarda bu göstərici 28 dərəcəni də keçə bilər ki, bu da təxminən 38 dərəcə isti havaya bərabər sayılır. FIFPRO isə belə hava şəraitində oyunların təxirə salınmasını tövsiyə edir.
Bildirilir ki, oyunların keçiriləcəyi bəzi stadionlarda soyutma sistemləri olsa da, Mayami, Kanzas-Siti, Nyu-York və Filadelfiya kimi şəhərlərdə yerləşən bir sıra stadionlarda belə sistemlər mövcud deyil. Xüsusilə Mayami və Kanzas-Sitidə yüksək istilik riskinin daha ciddi olduğu vurğulanır.
Alimlər qeyd ediblər ki, 1994-cü ildə ABŞ-də keçirilən dünya çempionatı ilə müqayisədə hazırkı iqlim şəraiti köklü şəkildə dəyişib və risklər daha da artıb.
Oxşar xəbərlər
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib













