Ceyhun Bayramov: Şəhərlər bir çox sahələrdə əməkdaşlığın kəsişdiyi strateji platformalara çevrilirlər
Far.Az xəbər saytı

Ceyhun Bayramov: Şəhərlər bir çox sahələrdə əməkdaşlığın kəsişdiyi strateji platformalara çevrilirlər


Bu gün şəhərlər artıq yalnız insanların yaşadığı və işlədiyi məkanlar deyil.

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumununun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusundə tədbirdə deyib.

Getdikcə onlar diplomatiyanın, ticarətin, infrastrukturun, texnologiyanın, iqlim fəaliyyətinin və regional əməkdaşlığın kəsişdiyi strateji platformalara çevrilirlər.

O bildirib ki, bu gün şəhərlər artıq yalnız insanların yaşadığı və işlədiyi məkanlar deyil:

"Dayanıqlı inkişafın gələcəyi böyük ölçüdə şəhərlərimizi yalnız fiziki baxımdan deyil, həm də iqtisadi, rəqəmsal, institusional və sosial cəhətdən nə dərəcədə uğurla birləşdirəcəyimizdən asılı olacaq. Təxminən iki il əvvəl, COP29-un ev sahibi kimi Azərbaycan urbanizasiyanı, o cümlədən şəhərləri qlobal iqlim gündəliyinin mərkəzinə yerləşdirdi. Biz qəbul etdik ki, şəhərlər qlobal emissiyalara əhəmiyyətli töhfə versələr də, eyni zamanda innovasiyanın, dayanıqlılığın və iqlim böhranına həll yollarının əsas hərəkətverici qüvvələridir".

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər