Vahid Hacıyev: "Bir evin tikintisi vaxt aparırsa, minlərlə evin qurulması daha mürəkkəbdir"
Far.Az xəbər saytı

Vahid Hacıyev: "Bir evin tikintisi vaxt aparırsa, minlərlə evin qurulması daha mürəkkəbdir"


Postmünaqişə dövründə minlərlə insanın geri dönüşünü təmin etmək üçün dövlət çevik və koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Davamlı mənzil və dayanıqlı şəhərlər üçün ən yaxşı həll yollarının axtarışında: Şəhərlərin səsləri" adlı tədbirdə deyib.

O qeyd edib ki, bir evin tikintisi və ya təmirinin belə uzun vaxt tələb etdiyi nəzərə alınarsa, minlərlə evin, eləcə də məktəb, xəstəxana, yol və dəmir yolu infrastrukturunun eyni vaxtda qurulmasının nə qədər mürəkkəb proses olduğu aydın görünür: "Geri dönüşünü gözləyən insanların isə vaxtı yoxdur. Onlar mümkün qədər tez öz yurdlarına qayıtmaq istəyirlər. Bu səbəbdən hökumət operativ qərarlar qəbul etməli və bütün prosesi vahid koordinasiya çərçivəsində həyata keçirməlidir. Biz bütün dövlət qurumlarını bir platformada birləşdirən institusional çərçivə formalaşdırmışıq. Bu sistem şəhər və kəndlərin harada və necə qurulacağını birlikdə təhlil etməyə imkan verir".

Prezidentin xüsusi nümayəndəsi əlavə edib ki, Azərbaycan son illərdə işğaldan azad edilmiş ərazilərdə məhz bu yanaşmanı tətbiq edir.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Vətən müharibəsinin başlamasından 4 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər